EKOLOJİ ZƏRƏRSİZ DİZEL YANACAQLARININ ALINMASI İSTİQAMƏTİNDƏ OKSİGEN ƏSASLI KOMPONENTLƏRİN ƏLAVƏ OLUNMASI İLƏ AZS 3536601.243-2015 STANDARTINA UYĞUN DİZEL YANACAQLARININ ALINMASI VƏ KEYFİYYƏT GÖSTƏRİCİLƏRİNİN TƏDQİQİ

1.GİRİŞ.

Dünya miqyasında atmosferə atılan zərərli qazların mənbələri sırasında avtomobil mühərrikləri mühüm yer tutur. Statistik göstəricilərə nəzər salsaq, zərərli maddələrin tullantısında yol nəqliyyatının payı dünyanın aparıcı ölkələrində üstünlük təşkil edir. Ümumilikdə avtonəqliyyat vasitələri ilə hər il atmosferə 1,7 milyon tondan çox tullantı qazı buraxır [1-3]. Bu baxımdan aparıcı neft və qaz şirkətləri, eləcə də elmi-tədqiqat mərkəzləri mümkün atmosfer çirklənməsini azaltmaq məqsədi ilə mühərrik yanacaqlarının tərkibini ekoloji sağlamlıq səviyyəsinə qədər optimallaşdırmaq üçün intensiv tədqiqatlar həyata keçirtməkdədirlər.

2. MƏSƏLƏNİN QOYULUŞU

Spirt və yağ turşularının efirləri kimi müxtəlif oksigenli əlavələrdən istifadə edərək mühərrik yanacağının keyfiyyət parametrlərini əsaslı şəkildə yaxşılaşdırmaq mümkündür. Bu növ aşqarlarda oksigen atomlarının olması yanacağın yanma kamerasında daha tam yanmasını təmin edir ki, bu da yanma məhsulların göstəricilərinin ekoloji normalar səviyyəsində saxlayaraq təhlükəsiz edir [4-5].

Dünya miqyasında etanol istehsalatlarının artıq mövcud olmasını nəzərə alaraq, dizel yanacağına əlavələr kimi istifadəsi iqtisadi cəhətdən çox səmərəlidir. Buna əsaslanaraq, dizel yanacağı ilə birgə etanolun istifadəsinin sulu spirt (yəni etanol və suyun azeotropik qarışığı) və susuz spirt şəklində mümkün tədbiq yolları vardır. İstənilən qarışıq üsulunu tətbiq etməklə dizel mühərriklərində yandırılan yanacaq əsasında ətraf mühitə atılan tullantıların miqdarı baxımından  əhəmiyyətli dərəcədə azalır və bu əsasən aşağıdakı amillərlə bağlıdır [6-7]:

– etanolun buxarlanma istiliyinin yüksək olması səbəbindən (etanol üçün 870 kJ/kq, dizel yanacağı üçün 230-250 kJ/kq) yanma kamerasında temperaturun aşağı düşməsi və nəticədə atmosferə atılan azot oksidlərinin azalması

– yanacağın yanması zamanı yanacağın tərkibindəki etanol molekullarında olan oksigen atomlarının olması –  etanolun aşağı qaynama həddi (78,4°C-dir lakin dizel yanacağı üçün isə 160-360°C təşkil edir) dizel yanacağının yanması zamanı işlənmiş qazların toksiklik dərəcəsini azaldır. Belə ki, qarışıqdan etanolun sürətli buxarlanması səbəbindən dizel yanacağın yanması zamanı əlavə turbulens təsir yaranır. Eyni təsir dizel yanacağına əlavə edilmiş emulqatorların mühərrikdə

Leave a comment